Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu dəfələrlə təsdiqləyib, lakin danışıqlar vaxtı uzatmağa deyil, konkret razılaşmaların əldə olunmasına yönəlməlidir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin birinci müavini Dmitri Novikov bildirib.
Onun sözlərinə görə, Moskva hətta Rusiya cəmiyyətində narazılıq doğuran dövrlərdə belə danışıqlar istiqamətində fəaliyyət göstərib. Novikov qeyd edib ki, Minsk razılaşmalarından sonra mümkün danışıqlar barədə yayılan məlumatlara cəmiyyətdə ehtiyatla yanaşanlar var.
Deputatın sözlərinə görə, buna baxmayaraq, Moskvanın mövqeyi dəyişməyib və bu mövqe Alyaska sammiti də daxil olmaqla müxtəlif görüşlər zamanı təsdiqlənib.
Novikov bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından əvvəl Rusiya Avropada təhlükəsizliklə bağlı təkliflər irəli sürüb, lakin Qərb bu təklifləri nəzərdən keçirməkdən imtina edib. Buna görə də danışıqlar zamanı problemin yalnız ayrı-ayrı məsələlərinə deyil, “bütün problemlər kompleksinə” baxmaq lazımdır.
Parlamentari qeyd edib ki, Rusiyanın irəli sürdüyü təkliflər mahiyyət etibarilə hələ də aktuallığını qoruyur. Onun sözlərinə görə, son bir neçə ildə vəziyyət yaxşılaşmayıb və Moskvanın bütün narahatlıqları nəzərə alınmalıdır. Əks halda, onun fikrincə, danışıqlar prosesinin ciddi mənası olmayacaq.
NURİYYƏ