Rusiya Ukrayna müharibəsi kollektiv Qərb anlayışını süquta uğratdı | Icma.az
Icma.az bildirir, Newscenter.az portalına istinadən. Rusiya-Ukrayna müharibəsi kollektiv Qərb anlayışını obrazlı şəkildə ifadə etməli olsaq
Avropanın aparıcı gücləri ilə ABŞ arasında münasibətlər hal hazırda olduqca sərindir.
Tramp administrasiyasının Avropa İttifaqı və Ukraynanın iştirakı olmadan müharibəni sonlandırmaq cəhdləri köhnə qitə də narahatlıq yaradıb.
Təbii ki, proseslərə ittifaq pəncərəsindən baxdıqda vəziyyət başa düşüləndir.
Çünki, Rusiya müasir dövrdə işğallar fonunda torpaqlarını genişləndirən və rəsmiləşdirən tək dövlətdir.
Aydındır ki, mövcud şərtlər daxilində Rusiya qazanclı tərəf kimi görsənir və bu situasiya Avropa üçün əlavə təhdidlər yaradır.Kremlin Ukraynadan sonra Moldovaya fokuslanması gözləniləndir.Belə olduğu təqdirdə Avropa üçün yeni təhlükəsizlik konfiqurasiyası lazımdır.Lakin bu elə də asan bir proses deyil.
Çünki yanaşmalar və mövcud resurslar ABŞ çətirini əvəzləyə bilmir.
Qitənin hərbi cəhətdən ən mütəşəkkil və hazırlıqlı orduları hesab olunan Fransa və Böyük Britaniya silahlı qüvvələri say baxımından olduqca azdır.Müşahidələrimiz də onu göstərir ki, Vaşinqtonun yanaşmalarından sonra Makronun sərgilədiyi fəallıq heç bir işə yaramadı.
Tam oxu
Xəbəri oxu