“Rusiya Ukrayna müharibəsində dönüş nöqtəsindəyik”

21.05.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Biz Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli yolunda dönüş nöqtəsindəyik”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin gərgin diplomatiya səyləri son günlər Rusiya və Ukrayna nümayəndə heyətlərini İstanbulda bir araya gətirərək yeni dövrün qapısını açıb. 

“Ümid edirik ki, İstanbulda aparılan danışıqlar hərtərəfli atəşkəs və daha sonra ədalətli və davamlı sülh üçün zəmin yaradacaq”, - deyə Fidan vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью