Rusiya Ukrayna müharibəsində həlak olmuşdu, şəhid kimi dəfn edildi VİDEO | Icma.az
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan vətəndaşı Əhmədov Orxan Niftalı oğlunun Naxçıvanda ailə üzvləri və yaxınlarının iştirakı ilə şəhid kimi dəfn edilməsi, məzar daşının üzərinə şəhid sözünün yazılması birmənalı qarşılanmayıb.
Globalinfo.az bildirir ki, Teleqraf-ın məlumatına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Göründüyü kimi, sözügedən Qanunda Azərbaycan vətəndaşlarına hansı halda şəhidlik statusu verilməsi açıq-aydın qeyd olunur.
Həmin Qanunun 3-cü maddəsində isə yuxarıda göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması, şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi nəzərdə tutulur.
Bundan başqa, həmin Qanunda şəhid ailəsi üçün nəzərdə tutulan güzəştlər və imtiyazlardan da söz açılır.
Bu Qanunun pozulmasına görə məsuliyyət də nəzərdə tutulub. 7-ci maddəyə əsasən, bu Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər
Məsuliyyəti eyni zamanda Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları da daşıyırlar ki, bununla bağlı artıq Baş Prokuro
Tam oxu
Xəbəri oxu