Rusiya Ukrayna müharibəsinə son! Tramp qəti qərar qəbul edib

19.01.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Waltz bildirib ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır və Tramp hər vəchlə buna nail olmaqda qərarlıdır.

"Bu münaqişəyə son qoyulmalıdır və prezident Tramp bunu çox açıq şəkildə bəyan edib. O, bu yoldan dönməyəcək", - Waltz CBS telekanalına müsahibəsində deyib.
Hələ yanvarın 7-də Tramp münaqişənin həlli üçün ona "bir gündən bir az çox vaxt lazımdır" demişdi. Bununla, o, inauqurasiyadan dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə Ukrayna böhranı mövzusunda danışıqlar aparmaq istədiyinə eyham vurmuşdu. Seçilmiş Amerika liderinin administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq isə problemin 100 günə həll ediləcəyinə inanır.
Məhəmmədəli Həsənli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью