Rusiya Ukrayna müharibəsinə son verilir? POLİTOLOQ ŞƏRH ETDİ | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fevral ayının 12-də ABŞ-nin prezidenti Donald Trampla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında əsas məqsəd Rusiya-Ukrayna müharibəsinin dayandırılması olub.
Bunun detalları danışılıb və hesab edirəm ki, hansı torpaqların kimdə qalması ilə bağlı danışıqlar gedir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın əraziləri olan Donbas, Luqansk və Krımdan çıxmayacaq.
“Bu qətiyyən mümkün görünmür. Çünki Rusiya bu işğal etdiyi torpaqları Ukraynaya qaytarsa, o zaman məğlub olmuş formada müharibəni sonlandıra
Bununla nə Rusiya, nə də Putin razı deyil. Bundan əlavə olaraq digər zəbt etdiyi torpaqlarıda Rusiya çalışacaq ki, tabeliyində qalsın.
Ancaq hesab edirəm ki, bu torpaqlar danışıq yolu ilə Ukraynaya qaytarıla biləcək. Təbii ki, Ukrayna ordusu da, Kursk şəhərindən çıxacaq.
Tam oxu
Xəbəri oxu