“Rusiya Ukrayna münaqişəsinin həlli yekun mərhələdədir”

22.01.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya-Ukrayna münaqişəsinin həlli yekun mərhələyə daxil olub”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Biz indi prosesin sonundayıq. Mən həqiqətən nikbinəm”, - o deyib.

Uitkoffun sözlərinə görə, bu istiqamətdə xeyli uğurlar əldə edilib. Onun fikrincə, həll edilməmiş yalnız bir məsələ qalıb ki, onu da tərəflər istəsələr, həll edilə bilər. Bununla belə, xüsusi nümayəndə söhbətin konkret nədən getdiyini açıqlamayıb.

Qeyd edək ki, S.Uitkoff bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью