Rusiya Ukrayna Silahlı Qüvvələrinin təlim bölüyünə zərbə endirib

30.07.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 29-da Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim bölüklərindən birinin ərazisinə raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Hücum nəticəsində 3 hərbçi həlak olub, daha 18-i yaralanıb. Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir, yaralılara təcili tibbi yardım göstərilir.

Ətraflı Qeyd olunur ki, hadisənin bütün təfərrüatlarını araşdırmaq məqsədilə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Nizam-İntizam Xidmətinin rəhbəri başda olmaqla xüsusi komissiya yaradılıb və xidməti araşdırma başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью