Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əgər avropalılar ehtiyatlı davranmasalar, transatlantik tərəfdaşlıq Rusiya ilə Ukrayna arasında bağlanacaq sülhlə və Avropa ölkələrinin zəifləməsi ilə nəticələnəcək.
Axar.az xəbər verir ki, bunu Ukraynada sülh danışıqları barədə danışan almaniyalı professor, tarixçi Ulrix Şli deyib.
O bildirib ki, Putin və Tramp Ukrayna və Avropa xalqlarının hesabına müasir tendensiyaları öz tərəflərinə yönləndirməyə çalışırlar:
“Putin öz strateji məqsədinə – mürəkkəb və qeyri-müəyyən vəziyyətdə avropalıların və amerikalıların daha da parçalanmasına yaxınlaşır. Müharibələr ya qeyd-şərtsiz kapitulyasiya ilə, ya da sülh sazişi ilə başa çatır. Putinin 2022-ci ildə başlatdığı Ukrayna müharibəsinin yekunlaşmasının vaxtı çoxdan yetişib. Mövcud müzakirələr göstərir ki, diplomatiya həddindən artıq uzun müddət ertələnib”.
O qeyd edib ki, Avropa uzun illər Ukraynanı görməzlikdən gəlib.
Bildirib ki, müharibənin ilk aylarında Ukrayna ordusu cüzi dəstək alıb:
“Hazırda isə Ukraynanın bərpası avropalılar üçün yaxın gələcəkdə strateji bir vəzifədir. Hələ sülh danışıqlarının necə başa çatacağı məlum olmasa da, artıq indidən tarixi nöqteyi-nəzərdən səhvləri və gizli təhlükələri müəyyən etmək mümkündür”.