Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün günortadan sonra Rusiya Silahlı Qüvvələri Odessadan 37 kilometr cənubda Ukrayna ordusu üçün təchizat daşıyan quru yük gəmisinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum dronla həyata keçirilib. Hücumun təfərrüatı barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün də Rusiya qoşunları Odessadan 30 kilometr cənubda Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün yük daşıyan gəmini vurub.