Rusiya, Ukrayna və ABŞ bəzi məsələlərdə razılaşıblar

11.11.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vladimir Medinski: “Bəzi yerlərdə ortaq məxrəc tapdıq, bəzilərində isə tapmadıq”

Rusiya, Ukrayna və ABŞ münaqişənin həlli və Avropa təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar və bir sıra məsələlərdə razılığa gəliblər. AYNA.AZ-ın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

"Avropa təhlükəsizlik sistemi mərkəzi mövzu idi. Bəzi yerlərdə ortaq məxrəc tapdıq, bəzilərində isə tapmadıq. Dünyanın yeni, yenilənmiş təhlükəsizlik sisteminə ehtiyacı var. Rusiya dəfələrlə Avropa təhlükəsizlik arxitekturası və Avropada yeni, hərtərəfli və ədalətli təhlükəsizlik sisteminin yaradılması zərurəti məsələsini qaldırıb. Və bu söhbət mütləq davam edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью