Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya işğalçılarının 28 yanvar gecəsi Krivoy Roq şəhərinə zərbəsi nəticəsində təxminən 700 ev istilik təminatından məhrum olub.
Bizim.Media xəbər verir ki, Rusiya ballistik raketlərindən istifadə edərək şəhərə hücum edib. Nəticədə bir neçə iri istilik stansiyasında qəza baş verib.
Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul bildirib ki, hazırda bütün kommunal xidmətlər, xəstəxanalar və sosial obyektlər fəaliyyət göstərir. Vitse-premyer Aleksey Kuleba isə qeyd edib ki, təmir işləri və istilik stansiyalarının işə salınması davam edir.
Eyni zamanda, Kiyev meri Vitali Kliçko əvvəlki zərbələrdən sonra paytaxtda 737 mənzilin hələ də istiliksiz qaldığını bildirib. Əsasən Troyeşina yaşayış massivində istilik yoxdur.
26 yanvar tarixində isə Rusiya məqsədli şəkildə Xerson istilik stansiyalasına hücum etmiş, nəticədə on minlərlə insan istilik təminatından məhrum olmuşdu. "Naftoqaz"ın rəhbəri Sergey Koretski bu vəziyyəti Ukraynanın ən kritik enerji böhranlarından biri adlandırıb.
Ekspertlər vurğulayırlar ki, Kiyev meri Kliçkonun vətəndaşları paytaxtı tərk etməyə çağırması kommunal xidmətlərin işinə mane olur, qapalı mənzillərə daxil olmaq üçün işçilər məcbur olub qapıları zorla açırlar.
Bizim.Media