Rusiya Ukraynada atəşkəs üçün şərt irəli sürdü

28.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Moskva yalnız bir sıra tələblər yerinə yetirildikdə, Ukraynada atəşkəsə razı olacaq".

Oxu.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "CBS News"a verdiyi müsahibədə bildirib. Müsahibənin mətni RF XİN-in saytında dərc edilib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ordusuna silah tədarükünün tam dayandırılmasını tələb edir.

"Rusiya prezidenti dedi ki, biz atəşkəsə nail olmaq istəyirik. Lakin bizə zəmanət verilməlidir ki, atəşkəs yenidən Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi üçün istifadə edilməyəcək və silah tədarükü dayandırılacaq", - deyə Lavrov bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью