Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərində yerləşən bazarı "Smerç" raket sistemi ilə atəşə tutub.
Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyası məlumat yayıb.
Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Hadisə zamanı 15 ticarət pavilyonu, 8 fərdi ev, 6 çoxmərtəbəli bina, bir mağaza, 2 avtomobil və elektrik xətti zədələnib.