Rusiya Ukraynada bu şəhəri dronlarla HƏDƏFƏ ALDI Yeni Çağ Media | Icma.az
Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Xersonda mülki insanları hədəfə alaraq öz pilotsuz uçuş aparatları operatorlarını hazırlayır.
Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşr yazır ki, 2024-cü ilin iyulunda Rusiya Xersonu atəşə tutdu və o vaxtdan bəri şəhər və ətrafı 9.500-dən dəfədən çox dronların hücumuna məruz qalıb, ən azı 37 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Qəzetin məlumatına görə, Rusiya Xersona özünün ən yaxşı dron operator bölmələrini yerləşdirib: “Burada onlar döyüş taktikalarını təkmilləşdirir və yeni operatorlar hazırlayır.
Onlar ilk növbədə FPV dronlarından, Çin istehsalı “Mavics”lərdən və bəzən “Lancet” kimi daha böyük Rusiya PUA-larından istifadə edirlər.
Əsas hədəflər hərbi maşınlar, təcili yardım maşınları, polis və yanğınsöndürən maşınlar və humanitar konvoylardır.
Bununla belə, izdihamlı bazarlar, yanacaqdoldurma məntəqələri, kafelər, poçt şöbələri və humanitar yardım mərkəzləri də vurulur.
Tam oxu
Xəbəri oxu