Rusiya Ukraynada daha 1660 hərbçisini itirib

08.01.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1660 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 801 min 670 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 4 tank, 19 artilleriya sistemi və 16 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью