GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Ukraynaya “Tomahavk” raketlərinin verilməsindən imtina edib.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bəli, mən mövqeyimi dəyişə bilərəm, amma hazırda yox”, — o qeyd edib.
“Rusiyanın Ukraynaya qarşı fəaliyyətlərində ABŞ üçün “son damla” nə ola bilərdi” sualına Tramp belə cavab verib:
“Belə bir “son damla” yoxdur. Bəzən sadəcə hadisələrin gedişinə imkan vermək lazımdır. Onlar döyüşürlər, həm də amansızcasına döyüşürlər. Bu, Putin üçün çətin müharibədir — çoxlu əsgər həlak olub, bəlkə də bir milyona yaxın. Bu, böyük rəqəmdir.
Ukrayna üçün də çətindir. Bəzən vəziyyətin son həddə çatmasına imkan vermək lazımdır ki, hamı nəticəni dərk etsin”.
Safura Bənnayeva
Globalinfo.az