Rusiya Ukraynadakı əməliyyatlara 700 minlik qüvvə cəlb edib

12.07.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Rusiya ordusu 700 000-dən çox quru qüvvələrini Ukraynadakı döyüşlərə cəlb edib. Bu, may ayı ilə müqayisədə 60 min çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Həmçinin, bildirilib ki, Ukraynanın işğal olunmuş ərazilərində və Rusiyanın Bryansk, Kursk və Belqorod vilayətlərinin sərhədyanı ərazilərində tapşırıqların icrasına Rusiya Qvardiyasının ümumi sayı 35 min nəfərə qədər olan bölmələri cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью