“Rusiya Ukraynadakı müharibəyə 200 milyard dollardan çox pul xərcləyib”

09.12.2024

Icma.az bildirir, Missiya.az portalına istinadən.

“Rusiya Federasiyası 2022-ci ilin fevralından bəri Ukraynaya qarşı müharibəyə 200 milyard dollardan çox pul xərcləyib”.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin məlumat verib.

"Bu arada, Moskva Rusiya prezidenti Vladimir Putinin axmaqlığının heyrətamiz bədəlini ödədi. 2022-ci ilin fevral ayından bu yana Rusiya ən azı 700 min qurban verib”, - deyə siyasətçi vurğulayıb.

Ostin qeyd edib ki, Rusiyanın tammiqyaslı müharibənin yalnız birinci ilində itkiləri, Moskvanın İkinci Dünya Müharibəsindən bəri bütün münaqişələrdəki itkilərinin cəmindən çox olub.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью