Rusiya Ukraynanı hansı sərhədlər daxilində tanıyır? Putin

08.11.2024

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Rusiya Ukraynanın sərhədlərini hər zaman SSRİ-nin dağılmasından sonra əldə edilən razılaşma çərçivəsində tanıyıb.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışında deyib.

O bəyan edib ki, Rusiya Ukraynaya heç bir müdaxilə və ya təcavüzə başlamadı, əksinə, onu dayandırmağa çalışır:

“Biz harada beynəlxalq hüququ və BMT nizamnaməsini pozmuşuq? Heç yerdə, belə pozuntu yoxdur. Yox, əgər elədirsə, o zaman Ukrayna sərhədləri bizim tarixi ərazilərimiz adlandırdığımız müəyyən ərazilərdə yaşayan insanların suveren qərarları ilə əlaqəli olmalıdır. Hər şey baş verən hadisələrin dinamikasından asılıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью