Rusiya Ukraynanı işğal etməklə, keçmiş postsovet ölkələrinə də siyasi hərbi nəzarət etmək istəyir

08.09.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Rusiya NATO-ya Ukraynada kontingent yerləşdirməyə icazə verə bilməz və onun təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcək. Bunu jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov deyib. “NATO-nun Ukraynaya soxulmaq cəhdi ölkəmiz üçün təhlükə yaradır. Ona görə də biz xarici silahlı qüvvələrin, NATO silahlı qüvvələrinin Ukrayna torpaqlarında sərhədlərimizə yaxın olmasını təhlükə hesab edirik. Bu, bizim üçün təhlükədir, çünki NATO Rusiyanı düşmən hesab edir, bu, onların sənədlərində öz qərarlaşıb. Biz buna icazə verə bilmərik. Və təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik” , - o deyib. Kreml nümayəndəsi vurğulayıb ki, “bir ölkənin təhlükəsizliyini digərinə təhlükə yaratmaqla təmin etmək mümkün deyil”.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, Ukraynaya hələ NATO qoşunları yeridilmir.

Məhəmməd Əsədullazadə

“Sülh və atəşkəsdən sonra yalnız NATO adından deyil, NATO üzv ölkələri də qoşun göndərə bilər. İstənilən koalisiya ölkələri bunu edə bilər. Rusiya ilə sərhəd olan Finlandiya da, İsveç də artıq NATO nun üzvüdür”-deyən politoloq qeyd edib ki, sadəcə olaraq, Rusiya Ukraynanı işğal etməklə keçmiş postsovet məkanına nəzarət etmək istəyir.

“Sabah NATO qoşunları Ukraynaya girərsə, Rusiya NATO ilə döyüşmək gücündə deyil. Konkret olaraq bu günləri Ukrayna qoşunları ilə bacara bilməyən Rusiyanın bir neçə dövlətin qoşunu ilə savaşması mümkün deyil. Sadəcə olaraq bu kimi açıqlamalar dövlətin mənafelərindən irəli gəlir. Amma Rusiya konkret olaraq indi Ukraynada Qərblə müharibə aparır. Ukraynada hərbi işğalı da məhz Qərbə qarşı Rusiyanın eksistensial, müharibəsidir və fövqəldövlət olmaq planının tərkib hissəsidir. Ona görə də müharibəni davam etdirir”-deyən Məhəmməd Əsədullazadə hesab edir ki, NATO ilə qarşıdurma üçüncü dünya müharibəsi ola bilər və bu, ümumiyyətlə nüvə silahının tətbiqinə gətirib çıxara bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью