Rusiya Ukraynanı ittiham edir: “Türk axını”nı hədəfə alıb

01.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı “Türk axını” boru kəmərini təbii qazla təmin edən stansiyaya pilotsuz uçuş aparatı (PUA) ilə hücum etməyə cəhd edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “Türk axını” boru kəmərinin infrastrukturuna hücum cəhdi ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada Ukrayna prezidenti Zelenskinin ABŞ-a səfəri zamanı - ötən gecə Krasnodar bölgəsində kompressor stansiyasına 3 PUA ilə hücum cəhdinin edildiyi və hücumun Avropaya təbii qaz nəqlini dayandırmaq məqsədi daşıdığı bildirilib.

Açıqlamada bütün PUA-ların hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu və stansiyaya heç bir ziyan dəymədiyi bildirilib. Həmçinin qeyd olunub ki, kompressor stansiyasından “Türk axını”na təbii qaz nəqli normal şəkildə davam edib.

Yanvarın 13-də Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın 9 PUA ilə eyni stansiyaya hücuma cəhd etdiyi açıqlanıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью