Rusiya Ukraynanı “Kinjal”la VURDU: VƏZİYYƏT AĞIRDIR KONKRET

09.07.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 8-nə keçən gecə Rusiya ordusu Ukraynanın qərb vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) və “Kinjal” tipli hipersəs raketləri ilə hücum edib.

KONKRET.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hücumun əsas hədəflərindən biri Volın vilayətinin paytaxtı olan Lutsk olub. Bundan əlavə, Ternopil, Xmelnitski, Jitomir və İvano-Frankovsk vilayətlərində də Rusiya dronları müşahidə edilib.

Hücumlara Kiyev, Kiyev vilayəti, Poltava və Xarkov da məruz qalıb. Bildirilir ki, Rusiya hərbi aviasiyasına məxsus MiQ-31K tipli təyyarələrin havaya qalxmasından sonra Ukrayna Hərbi Hava Qüvvələri “Kinjal” raketlərinin buraxıldığını qeydə alıb. Raketlər əsasən Lutsk istiqamətinə yönəlib.

Hadisənin miqyasını əks etdirmək üçün müharibəni izləyən monitorinq kanalları gecə hücumlarının vizual xəritəsini dərc ediblər.

Həmin xəritəni təqdim edirik:

Müşviq Tofiqoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью