Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Budapeşt hökuməti Belarusdakı Aleksandr Lukaşenko diktaturasını xatırladır..." Macarıstan baş naziri Viktor Orban Rusiya diktatoru Vladimir Putini "ədalətli tərəfdaş" adlandırır, bu zaman Rusiya Milad bayramında Ukraynanı raket atəşlərinə məruz qoyur.
Moderator.az xəbər verir ki, bu barədə Polşa baş naziri Donald Tusk özünün "X" sosial şəbəkəsində yazıb.
"Milad bayramı ərəfəsində Rusiya Ukrayna şəhərlərini güclü raket atəşlərinə məruz qoyub.
Eyni zamanda baş nazir Viktor Orban Milad bayramı ilə bağlı müsahibəsində Putini "ədalətli tərəfdaş" adlandırıb.
Tusk öz postunda həmçinin Macarıstanda siyasi sığınacaq alan Polşanın ədliyyə nazirinin sabiq qaçaq müavini Martsin Romanovskini xatırladıb.
O, bəyan edib ki, qaçaq macar dilində Milad arzularını öyrənib. Viktor Orban Polşanı necə qəzəbləndirib?
Xəbər verildiyi kimi, Polşa Macarıstan baş naziri Viktor Orban və ölkə hökumətini Polşa ədliyyə nazirinin sabiq müavini Martsin Romanovskiyə siyasi sığınacaq verdiyinə görə pisləyib.