Rusiya Ukraynanın 198 PUA nı vurdu

17.06.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Rusiya müxtəlif bölgələrində Ukraynanın 198 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Moskva da daxil olmaqla Rusiyanın bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 198 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Ukraynanın PUA-larla Rusiya ərazisinə hücum etdiyi bildirilib.

Moskva meri Sergey Sobyanin Telegram kanalında verdiyi açıqlamada qeyd edib ki, mütəxəssislər vurulan PUA-ların hissələrinin düşdüyü nöqtələr üzərində işləyirlər.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью