Rusiya Ukraynanın 909 hərbçisinin cəsədini təhvil verdi

28.03.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Kiyev Ukrayna Silahlı Qüvvələrinin 909 hərbçisinin meyitini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı öz "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfi cəsədləri Kuraxovski, Pokrovski, Baxmutski, Uqledarski, Luqansk və Zaporojjya istiqamətlərindən, həmçinin Rusiya ərazisində yerləşən morqlardan alıb.

Qərargah Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təşəkkür edib.

“Hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə mərhumun şəxsiyyətini ən qısa zamanda müəyyənləşdirəcək”, - məlumatda deyilir.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью