Rusiya Ukraynanın bu regionuna 1 milyard ayırdı

24.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiya hökuməti işğal etdiyi Ukraynanın Luqansk vilayətinə prioritet və sosial əhəmiyyətli xərclər üçün əlavə olaraq 1 milyard rubldan çox vəsait ayırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat yayılıb.

“Balanslaşdırılmış regional büdcəni saxlamaq üçün Luqanska 1 milyard rubldan çox vəsait ayrılacaq. Bununla bağlı sərəncam imzalanıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, vəsait regionun prioritet və sosial əhəmiyyətli xərc öhdəliklərini təmin etmək üçün istifadə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью