Rusiya Ukraynanın ən böyük neft anbarını vurdu VİDEO

20.08.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiya Silahlı Qüvvələri "Geran-2" dronları ilə Odessa vilayətində yanacaq-logistika infrastrukturuna bir sıra zərbələr endirib.

Bakupost.az xəbər verir ki, hadisə zamanı təxminən 30 partlayışın səsi eşidilib. "Triton" adlı neft bazasında güclü yanğın başlayıb.

Yanacaqla dolu çənlər yanıb. Hansı ki, bu yanacaqla Ukrayna Silahlı Qüvvələrinin bölmələri təmin olunurdu.

"Triton" neft bazasından yanacağın əhəmiyyətli hissəsi Dnepropetrovsk, Zaporojye və Nikolayev vilayətləri istiqamətində göndərilirdi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью