Rusiya Ukraynanın hərbi sənaye obyektlərinə hücum etdi

19.04.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynanın hərbi sənaye obyektlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirdiklərini açıqlayıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın “Sapsan” operativ-taktiki raket sisteminin sınaqdan keçirildiyi və Norveç istehsalı olan NASAMS hava hücumundan müdafiə sistemləri ilə qorunan əraziyə qurudan və havadan zərbələr endirib. Məlumata görə, hücum zamanı bütün müəyyən olunmuş hədəflər vurulub və planlaşdırılan nəticələrə nail olunub.

Ukrayna tərəfindən hələlik hücumla bağlı rəsmi açıqlama verilməyib.

Fidan Hacızadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью