Rusiya Ukraynanın hərbi və enerji obyektlərinə zərbələr endirib

27.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Silahlı Qüvvələri noyabrın 27-nə keçən gecə Ukraynanın hərbi-sənaye, enerji və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.

Sherg.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev vilayətinin Bila Tserkva şəhərində logistika mərkəzi, Xmelnitski vilayətinin Letiçev şəhərində isə pilotsuz uçuş aparatlarının istehsalında iştirak edən “Termoplast” müəssisəsi vurulub.

Həmçinin Krivoy Roq və Jitomirdəki 330 kV-luq elektrik yarımstansiyalarına, eləcə də Ukrayna ordusunun silah və hərbi texnika daşınmasında istifadə etdiyi bildirilən dörd dəmir yolu lokomotivinə zərbələr endirilib.

Rusiya Müdafiə Nazirliyi Qara dənizin Odessa şəhərindən cənub-qərbdə yerləşən akvatoriyada Ukraynaya hərbi təyinatlı yük daşıyan quru yük gəmisinin də vurulduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью