Rusiya Ukraynanın iki mühüm limanını hədəfə aldı

13.08.2026

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa vilayətində yerləşən İzmail və Reni limanlarına gecə saatlarında hücumlar həyata keçirildiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilib ki, Reni limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinin idarəetmə mərkəzi, İzmail limanında isə Ukrayna hərbçilərinin müvəqqəti yerləşdiyi ərazi və hərbi yüklərin daşınması və saxlanılması üçün istifadə olunan infrastruktur obyektləri vurulub.

Açıqlamaya görə, hücumlar pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью