Rusiya Ukraynanın iki vilayətini atəşə tutub

20.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson və Zaporojye vilayətlərinə endirdiyi intensiv zərbələr nəticəsində 5 dinc sakin həyatını itirib, daha 63 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

XQ Ukrayna KİV-nə istinadən xəbər verir ki, regional cəbhə xətlərindəki son vəziyyət barədə hər iki vilayətin hərbi administrasiyalarının rəhbərləri rəsmi məlumat yayıblar.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, ötən sutka ərzində Xerson şəhəri də daxil olmaqla, vilayətin 37 yaşayış məntəqəsi düşmənin ağır artilleriya, minaatan və PUA hücumlarına məruz qalıb. Region rəhbərinin sözlərinə görə, bu kütləvi atəş dalğası nəticəsində 2 mülki şəxs dünyasını dəyişib, 16 sakin isə yaralanıb.

Eyni zamanda, Zaporojye istiqamətində də gərginlik pik həddə çatıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov özünün "Telegram" kanalında etdiyi paylaşımda qeyd edib ki, Rusiya ordusunun idarəolunan aviabombalarla (FAB) Zaporojye şəhərinə və eyniadlı rayona endirdiyi dağıdıcı zərbələr fəsadsız ötüşməyib. Son məlumatlara görə, hücum nəticəsində 3 nəfər həlak olub, xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların ümumi sayı isə 47 nəfərə yüksəlib. Bölgədə dağıntılar altında qalanların xilası üçün axtarış tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью