Rusiya Ukraynanın itkilərini açıqladı

28.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın 148 nöqtəsinə qruplaşmanın döyüş təyyarələri, pilotsuz uçuş aparatları və raketlərlə hücumu nəticəsində Ukrayna ordusunun hava bazalarının infrastrukturu, yanacaq anbarları və Ukrayna əsgərlərinin və hərbi texnikasının cəmləşdiyi yerlər məhv edilib.

"Cebheinfo.az" bu barədə "Sputnik News"a istinadən xəbər verir.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Ukrayna ordusunun 1470 əsgəri zərərsizləşdirilib.

Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna ordusunun ABŞ istehsalı olan 3 HIMARS raketini və 57-si xüsusi hərbi əməliyyatlar zonasından kənarda olan 140 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.

Nigar Hacılı 
"Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью