Rusiya Ukraynanın itkilərini yenilədi

10.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Rusiya müharibənin 1021-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 649 təyyarəsi, 283 helikopteri, 37 527 PUA-sı, 586 zenit-raket kompleksi, 19 720 tank və digər zirehli texnikası, 1 500 reaktiv yaylım atəş sistemi, 19 334 artilleriya və minaatanı, 29 123 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью