“Rusiya Ukraynanın mülki infrastrukturunu hədəfə almaqda davam edir“ Ukrayna KİV ləri

29.01.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son hücumlar bir daha göstərdi ki, Rusiya üçün mülki obyektlərlə hərbi hədəflər arasında fərq faktiki olaraq mövcud deyil..."

Sərnişin qatarına zərbə: “Bu, açıq terrorizmdir”

Yanvarın 29-a keçən gecə Xarkov vilayətində, Yazıkovoye kəndi yaxınlığında "Çop - Xarkov - Barvenkovo" marşrutu ilə hərəkət edən sərnişin qatarına endirilən zərbə nəticəsində azı beş nəfər həlak olub. 

Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.

Hücum anında qatarda 200-dən çox sərnişin olub. Xarkov vilayət prokurorluğunun məlumatına görə, qatarın yaxınlığında iki partlayış, bir partlayış isə birbaşa vaqonun içində qeydə alınıb. Dron zərbəsindən sonra vaqonda yanğın baş verib, azı iki nəfər yaralanıb.

Ukrayna prezidenti Vladimir Zelenski bu hücumu açıq şəkildə "terrorizm" adlandırıb: "Qatar vaqonunda olan mülki insanları məhv etməyin heç bir hərbi məqsədi yoxdur və ola da bilməz".

Zaporojye və Kiyev vilayətlərində yaşayış evləri vurulub

Zaporojye vilayətində çoxmənzilli yaşayış binasına endirilən zərbə nəticəsində dörd nəfər xəsarət alıb, 100-dən çox mənzil və onlarla avtomobil zədələnib. İlkin məlumatlara görə, hücum reaktiv yaylım atəşi sistemləri ilə həyata keçirilib. Eyni zamanda Zaporojye vilayətinin Volnyansk şəhərində dronlarla özəl evlər hədəfə alınıb.

Nəticədə iki qadın və bir kişi həlak olub, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Xidməti yeddi evin zədələndiyini, bir evin isə tamamilə dağıldığını bildirib.

Kiyev vilayətində isə rus hücumu bir ailəni həyatdan məhrum edib: ata və ana həlak olub, dörd yaşlı uşağa yerində tibbi yardım göstərilib.

Gecə boyu kütləvi hücumlar: 13 ölü, onlarla yaralı

Odessa vilayəti də kütləvi PUA hücumuna məruz qalıb. Yaşayış, sosial və liman infrastrukturu, eləcə də Müqəddəs Uspenski kişi monastırının ərazisi zərər görüb. Bu, monastıra üçüncü hücumdur. Dağıntılar altından bir qadının meyiti çıxarılıb, ölənlərin sayı üçə çatıb. Ümumilikdə 35 nəfər yaralanıb, onların arasında uşaqlar və hamilə qadın da var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya son gecə 146 PUA və "İsgəndər-M" ballistik raketindən istifadə edib. 103 dron vurulub, lakin raket və 36 zərbə dronu 22 fərqli nöqtədə hədəfə çatıb. Son hücumlar nəticəsində ümumilikdə 13 nəfər ölüb, azı 52 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью