Rusiya: Ukraynanın NATOya daxil olması ehtimalı qəbuledilməzdir

03.12.2024

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Kremlin sözçüsü Dmitri Peskov, Ukraynanın NATO-ya daxil olma ehtimalının Rusiyanın təhlükəsizliyinə təhdid olduğunu ifadə edərək: "Bu şərtlər altındakı qərar qəbuledilməzdir",- deyib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada mətbuat mənsublarına aktual mövzularla bağlı açıqlamalar verib.

Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Peskov bunun Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığına diqqət çəkib.

Peskov: “Bu, təhlükəsizliyin bölünməzliyi tezisinə tamamilə ziddir. Bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilə bilməz. Bu, bizim əsas götürdüyümüz beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır. Ona görə də bu məsələ ilə bağlı mümkün qərar qəbuledilməzdir. Çünki bu bizi təhdid edir. Üstəlik, bu, bizi Ukraynada xüsusi hərbi əməliyyata başlamağa məcbur edən əsas səbəbi aradan qaldırmır”, - deyə bildirib.

Peskov Almaniya kansleri Olaf Şolzun Kiyevə dəstəyini davam etdirəcəkləri barədə bəyanatını da şərh edib: “Avropa ölkələrinin nümayəndələri dağıdıcı xətti davam etdirmək niyyətindədirlər. Biz bütün məqsədlərimizə çatmaq üçün Ukraynada “xüsusi hərbi əməliyyat”ı davam etdiririk”, - deyə qeyd edib.

Buna baxmayaraq, Kremlin sözçüsü Rusiyanın dövət başçısı Vladimir Putinin Almaniya ilə təmaslara açıq olduğunu bəyan edib.

ABŞ-ın Ukraynaya 725 milyon dollarlıq əlavə silah və texnika dəstəyi verəcəyi ilə bağlı bəyanatına toxunan Peskov, ABŞ-ın hazırkı rəhbərliyinin müharibəni bitirmək istəmədiyini bildirib. “Ukraynaya bu və digər yardım paketləri hadisələrin gedişatını dəyişə və ya cəbhədəki dinamikaya təsir edə bilməz”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью