Rusiya Ukraynanın neft qaz obyektini sıradan çıxarıb

12.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Rusiya qoşunları Ukraynanın Çerniqov vilayətində "Naftoqaz" qrupuna məxsus neft-qaz obyektinə iki raket zərbəsi endirib.

Moderator.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hücum nəticəsində müəssisəyə ciddi ziyan dəyib, texnoloji avadanlıqlar sıradan çıxıb.

"Təhlükəsizlik vəziyyətinə görə hazırda hücumun nəticələrini qiymətləndirmək mümkün deyil", – bəyanatda qeyd olunub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Bütün işçilər hücum zamanı sığınacaqda olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью