Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək

28.11.2024

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın nüvə silahı əldə etməsi halında Rusiya Federasiyası bütün mümkün məhvetmə vasitələrindən istifadə edəcək.

"Hər kəs tərəfindən Ukraynaya nüvə silahının verilməsi nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərin pozulması olardı", - Putin vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью