Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək Putin

28.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın nüvə silahı əldə etməsi halında Rusiya Federasiyası bütün mümkün məhvetmə vasitələrindən istifadə edəcək.

"Hər kəs tərəfindən Ukraynaya nüvə silahının verilməsi nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərin pozulması olardı", - Putin vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью