Rusiya Ukraynanın “Su27” təyyarəsini vurdu

02.01.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna ordusuna məxsus “Su-27” təyyarəsini vurub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-27” təyyarəsini, ABŞ istehsalı olan altı HIMARS raketini və 97 sabit qanadlı pilotsuz uçuş aparatını vurub”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan indiyədək ümumilikdə 651 təyyarə, 283 helikopter, 39 144 pilotsuz uçuş aparatı, 590 raket sistemi, 20 137 tank və digər zirehli döyüş texnikası, 1504 reaktiv yaylım atəşi sistemi və 20,134 ədəd artilleriya və artilleriya qurğusu, həmçinin 29 701 xüsusi təyinatlı hərbi avtomobil məhv edilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью