Rusiya Ukraynanın Xarkovdakı hərbi hospitalına zərbə endirib

30.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın Xarkov şəhərində hərbi xəstəxana binasına zərbə endirilib.

APA xəbər verir ki, belə bir bəyanatla Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.

İlkin məlumata görə, tibb məntəqəsində müalicə alan hərbi qulluqçular arasında itkilər var.

Xarkov rayonunun başçısı Oleq Sinegubov bildirib ki, şəhərdə bina, tibb müəssisəsi və inzibati binaya ziyan dəyib.

Çoxmərtəbəli yaşayış binalarının pəncərələri qırılıb, şəxsi avtomobillər və qarajlar yanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью