Rusiya Ukraynanın Zaporojya şəhərini hədəfə alıb

23.01.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Ukraynanın Zaporojya şəhərini hədəfə alıb.

Pilotsuz uçuş aparatları (PUA) və raketlərlə həyata keçirilən hücumda enerji obyekti məhv edilib.

SİA-nın məlumatına görə, çox sayda binaya ziyan dəyib. 20 mindən çox insan işıqsız qalıb.

Hücum nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Xarkov vilayətində kəndlərdən birinə nəzarətin ələ keçirildiyini açıqlayıb.

Açıqlamada Ukraynaya məxsus 114 PUA-nın vurulduğu bildirilib.

Ukrayna Rusiyanın Kursk vilayətində əməliyyatların davam etdiyini açıqlayıb.

Əsgər və silahların toplandığı ərazilər, komanda mərkəzləri və anbarların hədəfə alındığı bildirilib.

Quruda döyüşlərin davam etdiyi bir vaxtda NATO-nun Baş katibi Mark Rutte Ukraynaya dəstəyin artırılmasının vacibliyini təkrarlayıb.

Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən NATO-nun Baş katibi Rutte vurğulayıb ki, daimi sülh sazişi elə olmalıdır ki, Rusiya prezidenti Vladimir Putin gələcəkdə Ukraynanın bir kvadrat kilometrini belə, bir daha heç vaxt ala bilməyəcək.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Qəzza zolağına 808 humanitar yardım maşını daxil olub

Dünya

Zelenskiyə “daha ciddi problem”lə bağlı “göstəriş verilib”

Dünya

“BMT diplomatı” olduğunu iddia edən sərnişin uçuşdan çıxarılıb

Dünya

Ruslar 100-dən çox əsgərinin cəsədini yandırıb..?

Dünya

Turist yamac paraşütü ilə uçarkən dərəyə düşüb və...

Dünya

Hindistan Rusiya neftindən imtina edir

Dünya

Zaxarova Qərbin Serbiyada rəngli inqilab etmək istəyini deyir

Dünya

Ukrayna Rusiyadakı neft emalı zavodlarına gizli zərbələr endirib

Dünya

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

Dünya

Qəzzada dağıntılar altından 162 cəsəd çıxarılıb

Dünya

Türkiyənin terrorla mübarizəsi davam edir

Dünya

İstanbul tıxacda itirilən vaxta görə ilk yerdə qərarlaşıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью