Rusiya Ukraynaya 20 dən çox PUA ilə hücum edib | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Cümə günü gecə Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərinə Rusiya pilotsuz təyya
"Cebheinfo.az" xəbər verir ki, hücum nəticəsində otel və restoran kimi istifadə edilən binada güclü yanğın baş verib.
Regionun qubernatoru Serhiy Lısak bildirib ki, yanğın ətrafdakı bir neçə binaya keçib.
Yanğınsöndürənlər saatlar sonra yanğını nəzarət altına ala biliblər.
Lısak qeyd edib ki, Dnepropetrovsk vilayətində yaşayış binasının yuxarı mərtəbələri və ona yaxın fərdi yaşayış evi tamamilə yanğına qərq olub: “Hazırda hücum zamanı yaralananlardan üçünün vəziyyəti ağırdır və ölənlərin sayı arta bilər”.
Qubernator hücum zamanı şəhərə 20-dən çox kamikadze pilotsuz təyyarənin yönəldildiyini, lakin hava hücumundan müdafiə vasitələrinin əksəriyyətini vurduğunu bildirib.
Şahidlər şəhəri uzun müddət tüstü basdığını və sirenlərin dayanmadığını bildirib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə səmaya qalxan tüstü buludları, sındırılmış pəncərələr və küçəyə səpələnmiş dağıntılar hücumun miqyasını ortaya çıxarıb.
Tam oxu
Xəbəri oxu