Rusiya Ukraynaya 400 dən çox PUA ilə hücum edib

10.09.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya Xmelnitskaya vilayətində tikiş emalatxanasını raketlə vurub, üç nəfərin yaralandığı bildirilir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, Rusiyanın son sutkada təxminən 415 pilotsuz təyyarə və 40-dan çox qanadlı və ballistik raketlə Ukraynaya hücum etdiyini qeyd edib. Ukraynanın 15 bölgəsi hücuma məruz qalıb.

Zelenskinin sözlərinə görə, Jitomir bölgəsinin atəşə tutulması nəticəsində bir nəfər ölüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью