Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Rusiya Ukraynanın müxtəlif bölgələrinə 71 raket və 450 dronla hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna ordusunun açıqlamasına görə, hava hücumlarında İsgəndər-M, S-300, X-101, X-22, X-32, İsgəndər-K, Tsirkon və Oniks raketlərindən istifadə olunub.
Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 38 raketi və 412 dronu məhv edib, hücumda 9 nəfər yaralanıb.
Vladimir Zelenski Rusiyanı mülki infrastrukturu hədəf almaqda ittiham edərək müttəfiqləri Rusiya üzərində təzyiqi artırmağa çağırıb.
Əli Hüseynov