Rusiya Ukraynaya endirdiyi zərbələr barədə məlumat yayıb

28.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı logistika mərkəzlərinə və dəniz limanlarına hücum etdiyi barədə məlumat verib.

Xəbəri”Anadolu” yayıb. 

Bildirilir ki, “bu gecə Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə fəaliyyət göstərən Ukrayna logistika mərkəzlərinə və dəniz limanlarına qarşı qrup hücumları davam etdirib”.

Nazirlik iddia edir ki, Kiyev bölgəsində hücum dronları “uzaq mənzilli Flamingo qanadlı raketlərinin hazır məhsullarını və raket gücləndiriciləri üçün yanacağı saxlamaq üçün istifadə edilən anbar kompleksinə (Stellar Jet MMC)" zərbə endirib.

Bundan əlavə, Odessa limanındakı zərbələr “Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün nəzərdə tutulmuş hərbi texnikanın saxlanıldığı altı anbarı” hədəfə alıb.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью