Rusiya Ukraynaya görə bu qadağanın müddətini yenə uzatdı

30.08.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın neft emalı zavodlarına hücumlarının artması fonunda Rusiya daxili təchizatı təmin etmək üçün dizel yanacağı ixracına qoyulan qadağanı növbəti dəfə uzadıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Rusiya hökumətinə istinadən məlumat yayıb.

Məlumata görə, qadağa 30 sentyabra qədər qüvvədə qalacaq:

"Bu qərar daxili yanacaq bazarının sabitliyini qorumaq məqsədilə qəbul edilib".

Nəşr əlavə edib ki, belə bir addım Yaxın Şərqdəki münaqişə və Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən məhdud qlobal yanacaq ehtiyatlarına təzyiqi artıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью