Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya ordusu Qara dənizdə Odessa şəhərindən cənub-qərb istiqamətində Ukraynaya hərbi ləvazimatlar aparan yük gəmisini vurub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanat yayıb.
Qeyd olunur ki, noyabrın 27-si gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun ehtiyacları üçün fəaliyyət göstərən dəniz gəmilərinə, eləcə də hərbi sənaye və nəqliyyat infrastrukturu obyektlərinə pilotsuz uçuş aparatlarla hücumlar həyata keçirib.