Rusiya Ukraynaya kütləvi zərbələr endirdi: ölənlər var

20.11.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya noyabrın 20-nə keçən gecə Ukraynaya pilotsuz uçuş aparatları və raketlərlə kütləvi zərbələr endirib.

Gununesi.info xəbər verir ki, Kiyevdə hücum nəticəsində 3 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, ölənlər “Kiyevvodokanal”ın əməkdaşlarıdır. O, ümumilikdə, təxminən 15 nəfərin yaralandığını bildirib.

Paytaxtın müxtəlif rayonlarında yaşayış və qeyri-yaşayış binalarında yanğınlar baş verib. Həmçinin infrastruktur obyektinə və körpülərdən birinin yaxınlığındakı açıq əraziyə zərbə qeydə alınıb.

Xarkovda isə Rusiya dronunun Şevçenko rayonundakı xəstəxanaya düşməsi nəticəsində 4 nəfər yaralanıb, 50-dən çox pəncərə sınıb. Daha sonra həmin rayonda yaşayış kompleksinə də zərbə endirildiyi və yanğın baş verdiyi bildirilib.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью