Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək”.
Missiya.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
"Rusiyaya mesajımız sadədir: Moskva müharibədə qalib gələ bilməz. Döyüş meydanından çıxın və Ukrayna ilə danışıqlar masasına oturun", - deyə siyaətçi vurğulayıb.
Kallas bildirib ki, sülh əldə edildikdən sonra Rusiyanın yenidən silahlanmasına icazə verilə bilməz.
Siyaətçi Rusiya Prezidenti Vladimir Putinin 1991-ci ildən əvvəl mövcud olmuş sovet təsir dairəsini bərpa etmək istəyini gizlətmədiyini qeyd edib.
Daşqın Həsənov
Missiya.Az